12 sentyabr 2012 02:50
Varela: Top azərbaycanlıların qapısına daxil olmaq istəmirdi
Futbol üzrə Portuqaliya yığmasının futbolçusu Silvestre Varela DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Biz öz hədəfimizə çatdıq. Lazım olan 3 xalı qazandıq. Amma ilk qola qədər top heç vəchlə qapıya daxil olmaq istəmirdi. Hesabı açmağım məni çox sevindirdi”.
