12 sentyabr 2012 02:55
Bruno Alveş: Azərbaycan bizə qarşı tamamilə qapalı futbol oynadı
Futbol üzrə Portuqaliya yığmasının futbolçusu Bruno Alveş DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bu, çox çətin qələbə oldu. Biz yaxşı futbol oynadıq. Çoxlu qol vəziyyətləri yaratdıq. Görüşün sonlarında şanslarımızdan yararlanmağı bacardıq. Bizə qarşı tamamilə qapalı futbol sərgiləyən komanda oynayırdı. Uşaqlara təşəkkürümü bildirirəm ki, sona qədər vuruşdular”.
