12 sentyabr 2012 10:56
Maksim Medvedev: Oyunun sonunda artıq yorulmuşduq
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Maksim Medvedev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Biz bu oyuna ciddi hazırlaşmışdıq. Amma etiraf edim ki, Portuqaliya bizim səviyyəmizə uyğun rəqib deyil. Oyunun sonlarında komandamızın üzvləri artıq yorulmuşdu”.
