12 sentyabr 2012 10:08
Qəbələnin oyunçusu komandasını uduzdurdu
Futbol üzrə Sloveniya millisi DÇ-2014-ün seçmə mərhələsində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, sloveniyalılar Norveçin qonağı olublar.
Oyun Norveçin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərindən 17-ci dəqiqədə qonaqlardan Marko Şuler, 26-cı dəqiqədə meydan sahiblərindən Markus Henriksen fərqlənib.
Hesab 1:1 olarkən – 90-cı dəqiqədə “Qəbələ”nin Sloveniya millisindəki üzvü Deyan Kelhar Zlatan Lyubiyankiçin yerinə meydana daxil olub. O, 4 dəqiqə sonra cərimə meydançasında Aleksandr Soderlunda qarşı kobudluq edib və hakim Sloveniyanın qapısına penalti təyin edib. Topa yaxınlaşan Con Riise Noveçə qələbə qazandırıb.
