13 sentyabr 2012 15:05
Neftçinin rəqibi məğlubiyyətə görə cəzalanacaq
Xəbər verdiyimiz kimi, Serbiyanın “Partizan” klubu yerli “Maçva” ilə yoxlama oyunu keçirib və məğlub olub – 1:2. Azerisport.az xəbər verir ki, Belqrad klubu bu məğlubiyyətə görə cəzalanacaq.
Bu haqda klubun udman direktoru Lyubişa Tumbakoviç qərar qəbul edib. Görünür, o, komanda üzvlərini oyunlara daha ciddi yanaşmağa məcbur etmək məqsədi güdür.
Qeyd edək ki, “Partizan” Avropa Liqasında Azərbaycan çempionu “Neftçi” ilə eyni qrupda yer alır. Bu komandalar arasındakı ilk oyun sentyabrın 20-də “Partizan” stadionunda keçiriləcək.
