13 sentyabr 2012 14:15
Neftçinin rəqibi oyun vaxtını bildi
Rusiyanın “Rubin” klubunun ölkə kubokunun 1/16 final mərhələsindəki oyununun vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Kazan təmsilçisi bu mərhələdə “Yenisey”lə münasibətlərinə aydınlıq gətirməlidi.
Kurban Berdıyevin yetirmələri bu rəqiblə sentyabrın 26-da qarşılaşacaq.
Qeyd edək ki, “Rubin” Avropa Liqasında Azərbaycan çempionu “Neftçi” ilə eyni qrupda yer alır.
