13 sentyabr 2012 13:12
“Yığmada rəqabət var və bu, məni sevindirir”
Azərbaycanın çimərlik futbolu üzrə yığma komandasının baş məşqçisi Bəhmən Hətəmov azerisport.az saytının bəzi suallarını cavablandırıb.
- Azərbaycan yığmasının bu mövsüm sərgilədiyi oyunu necə şərh edə bilərsiz?
- Mövsümə fevralda Sankt-Peterburqda start verdik. Həmin beynəlxalq turnirdə uğurlu çıxış etdik. Bütün oyunlarda qalib gələrək çempion olduq. Ardından Kiyevə yollandıq. Orda Belarus və Ukrayna yığmalarıyla yoldaşlıq görüşləri keçirdik. Belarusu məğlub etdik, meydan sahiblərinə isə yalnız penaltilərlə uduzduq.

- Bu oyunlar daha çox dünya çempionatının seçmə mərhələsinə hazırlıq xarakterli idi...
- Moskvada təşkil olunan seçmə mərhələdə bizə güclü qrup düşsə də, onu adlaya bildik. Amma təəssüf ki, 1/8 finalda hakim Polşa ilə oyunumuzda bizim qarşımızı kəsdi. Həmin oyunun hakimliyi böyük rezonansa səbəb oldu. Nəticədə biz 5:6 hesabı ilə uduzduq. Bu, komandamızı çox məyus etdi. Halbuki, biz DÇ-yə vəsiqə uğrunda mübarizəni sona kimi davam etdirə bilərdik.
- Oxşar hakimlik Berlində keçirilən Avroliqa oyunları zamanı da bizə mane oldu...
- Təəssüf ki, hakimlərin meydan sahiblərinə simpatiyası aşkar hiss olunurdi. Həmin oyunda 2:3 hesabıyla uduzduq. Özü də biz ölüm qrupuna düşmüşdük. Türkiyə və Yunanıstanı məğlub etsək də, almanlara məğlubiyyət sözünü dedi. Baş məşqçi kimi komandamın çıxışından razıyam. Biz mövsümün əvvəlindən yaxşı komanda yaratmağı qarşımıza məqsəd qoymuşduq və buna nail olduq. Amma biz gələcəkdə daha yaxşı oyun sərgiləyəcəyik. AFFA və Çimrəlik Futbolu Federasiyasının rəhbərliyinə təşəkkürümüzü bildiririk ki, bizim üçün belə gözəl şərait yaradırlar.
- Bu mövsümün əvvəlindən komandada yeni adlar da var...
- Biz böyük futboldan Zeynal Zeynalov və Ramil Quliyevi milliyə dəvət etdik. Həmçinin futzalçı Vitali Borisov da milliyə köməkdən imtina etmədi. Bizim bu addımımız özünü doğrultdu. Onlar hamısı kollektivə faydalı oldular.
- Komandada başqa yeni futbolçular görə biləcəyik?
- Komandanın özəyi artıq var. Amma yenilərin cəlb olunması prosesi davam edir. Son ölkə çempionatı bir neçə yeni futbolçuları üzə çıxardı. Əvvəllər biz gəncləri böyük turnirlərə götürməyə qorxurduq. İndi isə hər şey fərqlidi. Yığmada rəqabət var və bu, məni sevindirir.

- Yığma üzvlərindən hansılar ölkə xaricində çıxış edə bilərlər?
- Rusiyalı həmkarlarımız bizimlə söhbətlərində 3-4 oyunçumuzla maraqlandıqlarını desələr də, yalnız qapıçımız Emin Kürdovun “Delta”ya keçidi mümkün oldu. Bu ölkənin çempionatında daha çox futbolçumuzun yer almasını istərdik. Rusiya çempionatı çox güclüdü. Hətta Braziliya yığmasının üzvləri də bu ölkədə çıxış edirlər. Ümid edirəm ki, getdikcə legionerlərimizin sayı artacaq.