13 sentyabr 2012 13:37
Raul Meyreleş: Azərbaycan üzərində asan qələbə qazandıq
Futbol üzrə Portuqaliya yığmasının futbolçusu Raul Meyreleş DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Rəqib bizi dayandırmaq istəyirdi. Amma buna baxmayaraq, biz Azərbaycan üzərində asan qələbə qazandıq. İndi bizi Rusiya ilə altı xallıq oyun gözləyir”.
