13 sentyabr 2012 14:54
Joze Alesio UEFA Kubokunun püşkündən danışdı
Futzal üzrə Azərbaycan yığmasının və “Araz”ın baş məşqçisi Joze Alesio da Silva UEFA Kubokunun bu gün baş tutacaq püşkü ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Elit raundun oyunlarına bir aydan da az vaxt qalıb. Adi rejimdə hazırlaşırıq. Hələlik yeganə problemimiz Maşado Nilsonun oyun formasını tam bərpa edə bilməməsidi. Ümid edirəm ki, UEFA Kubokunun oyunlarına qədər o tam hazır olacaq. Püşkatmaya gəlincə, bu mərhələdə İspaniya “Murcia”sı ilə oynamağımızı istəməzdim. Əgər “İberiya”nın qrupuna düşsək, əla olardı. Belə olan halda qrup oyunları Gürcüstanda keçiriləcək. Qonşu ölkədə biz yaxşı dəstək də qazana bilərik”.