13 sentyabr 2012 17:42

İnterin rəsmisi: Neftçi ev oyunlarını fantastik arenada keçirəcək

Avropa Liqasının qrup mərhələsində "Neftçi"nin rəqibi olan "İnter" klubunun rəsmiləri - baş katib və təşkilatı işlər üzrə direktor Umberto Marino, eləcə də səyahət departamentinin rəhbəri Serxio Villalobos Bakıya gəlib. Azerisport.az xəbər verir ki, italiyalı nümayəndələr qarşılaşmanın keçiriləcəyi T.Bəhramov adına respublika stadionuna baxış keçiriblər.
 
Qonaqlara stadionda aparılmış yenidənqurma işləri ilə bağlı məlumat verilib. "İnter" klubunun baş katibi və təşkilatı işlər üzrə direktoru Umberto Marino açıqlamasında T.Bəhramov adına Respublika stadionunda gördüklərindən yaxşı mənada təəccübləndiyini gizlətməyib:
 
"Burada gördüyümüz şərait təəsüratlarımızı yaxşı mənada dəyişdi. Səmimi deyirəm ki, belə təsəvvür etmirdik. Stadionun ot örtüyü, paltardəyişmə və digər inzibati otaqlar, media mərkəzi yüksək tələblərə cavab verir. Deyərdim ki, Neftçi Avroliqada ev oyunlarını fantastik arenada keçirəcək. Əminliklə söyləyə bilərəm ki, "İnter" burada problemlə üzləşməyəcək".
 
Xatırladaq ki, "Neftçi" - "İnter" matçı oktyabrın 4-də T.Bəhramov adına Respublika stadionuna keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.