13 sentyabr 2012 18:14

“Biz artıq Barcelona ilə oynaya bildiyimizi isbatlamışıq”

Futzal üzrə Azərbaycan çempionu “Araz”ın baş məşqçisi Joze Alesio da Silva UEFA Kubokunun elit raundunun püşkünü dəyərləndirib. Azerisport.az xəbər verir ki, Azərbaycan təmsilçisi İspaniyanın “Barcelona”, Sloveniyanın “Litija” və Xorvatiyanın MNK Split klubları ilə eyni qrupda yer alır.
 
Braziliyalı mütəxəssis oktyabrın 9-14-ü aralığında Sloveniyada keçiriləcək oyunlar ərəfəsində bunları dilə gətirib:

“Püşkün nəticəsini bizim üçün yaxşı saymaq olmaz. Ən azı ona görə ki, biz yenə “Barcelona” ilə bir qrupa düşdük. Bu komanda UEFA kubokunun son qalibidi. Dünyanın ən yaxşı komandasıdı. Ötən mövsüm məhz bu komandanın ev sahibliyi etdiyi qrup oyunlarında biz onlarla heç-heçə etmişdik – 2:2”.
 
“Araz”ın baş məşqçisi digər rəqibləri keçiləsi komanda sayır: “Litija” öz qrupunda birinci yeri tutmuşdu. Bu komandada legioner yoxdu. Amma güclü kollektivi var. Xüsusilə müdafiə xətti çox inamlı təsir bağışlayır. Amma xorvatlar barədə demək olar ki, heç nə bilmirəm. Hər halda bu komanda qrupumuzun ən zəif komandası sayılır. Futzalda rəqibi qiymətləndirməmək həmişə baha başa gəlir. Hər iki komanda gücümüzə görə olsa da, onlara da qarşı ciddi hazırlaşmalıyıq. Əgər öz oyunumuzu sərgiləyə bilsək, onları məğlub edə bilərik”.
 
Lakin Joze Alesio “Dördlər finalı”na düşmək şansının daha çox “Barcelona”da olduğunu düşünür: “Bu şansın 50 faizi “Barcelona”da, qalanı qrupun digər üç komandasındadı. Amma biz indidən təslim olmaq fikrində deyilik. Çalışacağıq. Biz artıq ispanlarla oynaya bildiyimizi isbatlamışıq. Bu komanda ilə oyuna qədər “Barcelona”ı taktiki cəhətdən necə məğlub etmək üstündə baş sındıracağam. Bizim kifayət qədər motivasiyamız var. Dördlər finalında oynamaq istəyirik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.