13 sentyabr 2012 10:55
Neftçinin rəqibi məğlubiyyətlə üzləşdi
Serbiyanın “Partizan” klubu yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, “partizanlar” “Maçva” klubu ilə görüşdə qüvvəsini sınayıb.
Lakin Belqrad klubu bu oyuna heç də tam heyətlə çıxmayıb. Elə komandaya da baş məşqçinin köməkçisi Aleksandr Roqiç rəhbərlik edib. Onun meydana çıxardığı komanda məğlubiyyətlə üzləşib – 1:2. “Partizan”ın yeganə qoluna Mohammed Zabia imza atıb.
Qeyd edək ki, “Partizan” Avropa Liqasında “Neftçi” ilə eyni qrupda yer alır.
