14 sentyabr 2012 00:05

Premyer Liqamızda Böyük tur

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının 5-ci turun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, yığmanın oyunları ilə əlaqədar yaranan fasilədən sonra baş tutan bu turun ilk oyun günündə bir görüş baş tutacaq.
 
Turun açılış matçında “Bakı” “Turan”la üz-üzə gələcək. Keçirdiyi ilk 4 oyundan yalnız birində qələbə qazanıb, qalanında uduzan Tovuz təmsilçisi bu görüşdə o qədər də şanslı sayılmır. Amma fasilə dövründə heyətinə əl gəzdirən, daha da yaxşı hazırlaşmaq imkanı qazanan Əsgər Abdullayevin komandasından sürpriz gözləmək də olar. Lakin bir oyun az keçirmiş “Bakı” çempionatın autsayderlərindən biri ilə görüşdə xal itirməyə hazırlaşmır. Bojidar Bandoviçin komandası doğma meydanda keçiriləcək görüşdən 3 xalla ayrılaraq, zirvəyə yaxınlaşmaq istəyir.
 
İkinci oyun günündə təsadüf edəcək “Kəpəz” -  “Qəbələ” qarşılaşmasında meydan sahibləri ilk qələbə və xal üçün meydana çıxacaqlar. Mahmud Qurbanov ilk ev oyununda nəhayət məğlubiyyət seriyasına son qoymaq arzusundadı. Amma bu, heç də asan olmayacaq. Fatih Kavlakın çalışdırdığı “Qəbələ” mövsümə heç də pis başlamayıb. Güman ki, bu komanda Gəncədən də 3 xalla qayıtmaq və zirvə yarışından kənar düşməmək eşqindədi.
 
Digər favoritlərdən fərqli olaraq, “İnter” mövsümə heç də yaxşı başlamayıb. Dörd oyunda cəmi 1 qələbə görən Kaxaber Tsxadadzenin komandası ikinci belə uğurunu “Sumqayıt”la qarşılaşmada rəsmiləşdirməyə çalışacaq. Görüşün “Şəfa” stadionunda keçirilməsi “bankirlər” üçün əlavə motivasiya sayıla bilər. Hansı ki, paytaxt klubu bu arenadakı təmir işləri ilə əlaqədar doğma stadionundan ayrı düşmüşdü və bu həsrət artıq başa çatır. Bernard Raabın çalışdırdığı “Sumqayıt” mövsümə pis başlamasa da, son iki oyununda böyük hesablı darmadağınlara məruz qalıb. Bu üzdən də sözügedən komanda “İnter”lə görüşdə uğursuz gedişə son qoymaq arzusundadı.
 
Yeni mövsümdə qələbəyə həsrət qalan daha bir komanda - “Rəvan” “Simurq”u qəbul edəcək. Özü də “aslanlar” bu rəqibi ilə yeni “stadionu” “Bayıl Arena”da qarşılaşacaq. Çünki paytaxt klubu artıq “Dalğa Arena”dan imtina edib. Yeni stadionundakı ilk oyunun Bəhmən Həsənovlu “Rəvan”a düşərli olub-olmayacağı maraqla gözlənilir. Cevat Gülərlə yollarını ayırdıqdan sonra yenidən sabiq baş məşqçisini geri qaytaran bakılıların bu dəfəki rəqibi də sıradan komanda deyil. Hər halda bir oyun da az keçirmiş “Simurq” hələ məğlubiyyət tanımır və bu dəfə də xalsız qalmamağı planlaşdırıb.

Günün və turun daha prinsipial görüşündə isə son çempion “Neftçi” ilə gümüş medalların sahibi “Xəzər Lənkəran” qarşılaşacaq. Artıq bir neçə ildi çempionatımızın bəzəyinə çevrilən “Böyük oyun”da bu dəfə hansı komandanın güləcəyi maraqla gözlənilir. FİFA referisi Fariz Yusifovun idarə edəcəyi görüşdə müəyyən üstünlük bakılıların tərəfindədi. Ən azından ona görə ki, meydan sahibi məhz son ölkə çempionudu. Avropa Liqasında tarixi zəfərə imza atması da “neftçilər”in düşərgəsində əhval-ruhiyyənin əla olduğuna işarədi. Qazanılacaq qələbə paytaxt klubunun alt pillələrdən yaxa qurtarmasına da şərait yaradacaq. Lakin “ağ-yaşıllar” da paytaxta məğlub olmaq üçün gəlmirlər. Yunis Hüseynovun yetirmələri derbidə ən azı bir xal qazanmaq üçün çalışacaq. Qazanılacaq qələbə isə bölgə təmsilçisini zirvəyə bir qədər də yaxınlaşdıra bilər.
 
Nəhayət, turun son görüşündə - AZAL ilə “Qarabağ” qarşılaşacaq. “Böyük oyun” qədər bu görüşə də maraq az deyil. Axı hazırda bu iki klub Premyer Liqada turnir cədvəlinin ilk pillələrini bölüşür. Ağdam təmsilçisi birinci olsa da, “təyyarəçilər”in ehtiyatda bir oyunu da var. Bir sözlə bu görüşü altı xallıq oyun saymaq olar. Mümkündü ki, məğlubiyyət tanımayan klublardan biri yeni mövsümdə ilk dəfə meydanı xalsız tərk etsin.
 
Premyer Liqa
5-ci tur
14 sentyabr (cümə)
 
“Bakı” – “Turan”
Hakimlər: Vüsal Əliyev, Zeynal Zeynalov, İsgəndər Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Akif Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu. Saat 20:00.
 
15 sentyabr (şənbə)
 
“Kəpəz” -  “Qəbələ”
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Səfər Haşımov
Gəncə. Şəhər stadionu. Saat 17:00
 
“İnter” – “Sumqayıt”
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Coşqun Həsənov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
Bakı. “Şəfa” stadionu. Saat 18:00
 
“Rəvan” – “Simurq”
Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Ramiz Əsədov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Nüvər Xasıyev
Bayıl Arena. Saat 19:00
 
“Neftçi” – “Xəzər Lənkəran”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, İlham Əliyev, Fuad Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Əli Hüseynov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 17:00
 
16 sentyabr (bazar)
 
AZAL – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əhmədağa Cabbarov
Bakı. AZAL Arena. Saat 18:30
 
1
4
2
2
0
8-2
8
 
2
3
2
1
0
7-3
7
 
3
4
2
1
1
6-5
7
 
4
3
1
2
0
5-1
5
 
5
3
1
2
0
4-1
5
 
6
3
1
2
0
4-2
5
 
7
4
1
2
1
4-4
5
 
8
4
1
1
2
5-12
4
 
9
2
1
0
1
3-1
3
 
10
4
0
3
1
3-5
3
 
11
4
1
0
3
4-8
3
 
12
4
0
0
4
2-11
0

 

Bombardirlər:
3 - Z.Benuahi, J.Nildo (hər ikisi AZAL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.