13 sentyabr 2012 11:04
Ronaldo: Azərbaycan millisi işimizi çətinləşdirdi
Futbol üzrə Portuqaliya yığmasının futbolçusu Kristiano Ronaldo DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, İspaniyanın “Real” klubunun hücumçusu 3:0 hesabıyla başa çatan görüşlə bağlı bunları dilə gətirib:
“İki oyun, altı xal. Əlbəttə, biz daha çox qol vura bilərdik. Amma Azərbaycan işimizi çətinləşdirdi. İndi kluba qayıtmağın zamanıdı. Ancaq bu barədə düşünürəm” – deyə, “Facebook” sosial şəbəkəsindəki səhifəsində qeyd edib.
