13 sentyabr 2012 11:12
“Azərbaycan ancaq müdafiə olunurdu”
Futbol üzrə Portuqaliya yığmasının qapıçısı Ruy Patrisiu DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 3:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Azərbaycan bizimlə oyunda demək olar ki, hücuma getmirdi. Bu üzdən də mənim işim o qədər də çox olmadı. Rəqibimiz ancaq müdafiə olunurdu. Çalışırdı ki, çox qol buraxmasın”.
