13 sentyabr 2012 11:23
DÇ-2014-ün maskotu təqdim olundu (FOTO)
Braziliyada keçiriləcək 2014-cü il dünya çempionatının maskotu təqdim olunub. Azerisport.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı xəbər yayıb.
Mundialın maskeotu Cənubi və Mərkəzi Amerikada məşhur olan “Armadillo” olacaq. Maskotun rənglərini seçərkən daha çox Braziliyanın bayrağındakı rənglərdən istifadə olunub. “Armadillo”nun adı dünya çempionatının rəsmi topu olan “Brazuca” kimi internet vasitəsi ilə keçiriləcək sorğuda müəyyənləşdiriləcək.
