14 sentyabr 2012 00:02
Bakıdan ardıcıl beşinci qələbə
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən ölkə birinciliyində 5-ci tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
“Bakı” doğma divarlar arasında “Turan”la qarşılaşıb. Görüş “zolaqlılar”ın qələbəsi ilə başa çatıb. İlk dörd oyununda da qələbə qazanan paytaxt klubu beləcə zirvədəki mövqeyini daha da möhkəmləndirib.
Turun qalan görüşləri bu gün və sabah keçiriləcək.
Əvəzedicilərin çempionatı
5-ci tur
13 sentyabr (cümə axşamı)
Bakı – Turan – 3:1
Qollar: Haqverdi Yusifov, 2, Raul Yaqubzadə, 34; 57 - Füzuli Ocaqverdiyev, 20.
Hakimlər: Səbayel Qurbanova, Elxan Əsgərzadə, Vüqar Bayramov, Şahin İsayev.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
1
5
5
0
0
18-3
15
