14 sentyabr 2012 00:11
İkinci tur əzmkar qələbə ilə başladı
Futbol üzrə Azərbaycan birinci divizionunda 2-ci tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
MOİK doğma divarlar arasında “Energetik”lə qarşılaşıb. Oyunda hesabı qonaqlar açsa da, meydan sahibləri sona qədər mübarizəni davam etdirərək, əzmkar qələbəyə seviniblər.
Turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.
Birinci divizion
2-ci tur
13 sentyabr (cümə axşamı)
MOİK – “Energetik” – 2:1
Qollar: Cavid Həziyev, 39, Nail Bəşirli, 90+3 - Orxan Əlibalayev, 11.
Hakimlər: Əmrah İbrahimov, Hüseyn İmanov, Akif Əmirəli, Yusif Hüseynov.
Bakı. Ədliyyə stadionu.
