13 sentyabr 2012 11:56
Partizan – Neftçi oyununun biletləri satışa çıxarılır
UEFA Avropa Liqasının qrup mərhələsinin oyunları yaxınlaşmaq üzrədi. Azerisport.az xəbər verir ki, artıq bir həftədən sonra Azərbaycan çempionu bu turnirdəki tarixi matçına çıxacaq.
Məlum olduğu kimi, “neftçilər”i startda Serbiya “Partizan”ı ilə səfər oyunu gözləyir. Bu komandalar arasındakı oyuna biletlər isə sentyabrın 15-dən etibarən satışa çıxacaq. Artıq indidən biletlərin 90 faizinin satılacağı ehtimal olunur.
Qeyd edək ki, “Partizan” – “Neftçi” oyunu sentyabrın 20-də Belqraddakı “Partizan” stadionunda keçiriləcək. Bu arena 32 710 azarkeş tutumuna malikdi.
