13 sentyabr 2012 17:20
Araz yenə Barcelonaya rəqib oldu (YENİLƏNİB)
Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA Kubokunun elit raundunun püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə Azərbaycan çempionu “Araz”ın da rəqibləri bəlli olub.
Püşk ərəfəsində qrup oyunlarına hansı komandaların ev sahibliyi edəcəyi bəlli idi. Bunlar “Murcia” (İspaniya), “Ekonomac” (Serbiya), “İberiya” (Gürcüstan) və “Litija” idi (Sloveniya).
İştirakçı klublar və səbət bölgüsü isə beləydi:
Səpələnmişlər: Barcelona (İspaniya), Benfica (Portuqaliya), Murcia (İspaniya), Kayrat (Qazaxıstan).
Qrup qalibləri: Luparense (İtaliya), Ekonomac (Serbiya), Energia (Ukrayna), Litija (Sloveniya), Dinamo (Moskva, Rusiya), Gyori ETO (Macarıstan).
Qrup ikinciləri: Slov-Matic (Slovakiya), Nikars (Riqa, Latviya), Chrudim (Çexiya), İberiya (Gürcüstan), MNK Split (Xorvatiya), Araz (Azərbaycan).
Püşkatma nəticəsində "Araz" ötən mövsüm olduğu kimi, yenə "Barcelona"ya rəqib olub. Bu komandaların qrupunda həmçinin "Litija" və MNK yer alır. Bir sözlə, komandamızı Sloveniya səfəri gözləyir.
Bütün qruplar isə belədi:
A qrupu: Barcelona, Litija, Araz, MNK Split
B qrupu: Kayrat, Ekonomac, Slov-Matic, Chrudim.
C qrupu: Murcia, Dinamo (Moskva), Energia, Nikars.
D qrupu: Benfica, Luparense, Gyori ETO, İberia.
