13 sentyabr 2012 00:02
Neftçinin Xəzər Lənkəran ilə oyununu rəqibləri də izləyəcək
Azərbaycan çempionu “Neftçi”nin Premyer Liqanın 5-ci turu çərçivəsində “Xəzər Lənkəran”a qarşı oyununu Serbiyanın “Partizan” klubunun rəsmiləri də izləyəcək. Azerisport.az xəbər verir ki, Serbiya təmsilçisinin məşqçilər korpusunun üzvlərindən biri Bakıya gəlməlidi.
Onlarla yanaşı komandamızın Avropa Liqasındakı digər rəqibi “İnter”in (İtaliya) də rəsmilərindən “Böyük oyun”da iştirak etməsi gözlənilir. “Neftçi” ilə eyni qrupda yer alan daha bir klubun – Rusiya “Rubin”inin təmsilçisinin Bakıya gəlib-gəlməyəcəyi isə məlum deyil.
Qeyd edək ki, “Neftçi” – “Xəzər Lənkəran” oyunu sentyabrın 15-də Bakıda keçiriləcək.
