13 sentyabr 2012 00:07

Qəbələ İstanbul nəhəngləri ilə bir arada

Aşağı yaş qruplarının futbol bacarıqlarının və təcrübələrinin artırılması məqsədilə mütəmadi olaraq ölkə xaricində təlim-məşq toplanışları keçirən “Qəbələ” Futbol Akademiyası 2012-2013 mövsümünün ilk səfərini reallaşdırmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, 16 yaşa qədər futbolçulardan ibarət komandamızın iştirakı ilə baş tutacaq sözügedən səfərin ünvanı İstanbul olacaq.
 
Məkanın İstanbul olması isə heç də təsadüfi deyil. “Galatasaray”la işgüzar münasibətlərə malik “Qəbələ”nin İstanbulun digər köklü klubları – “Beşiktaş” və “Fenerbahçe” ilə əlaqələrinin yaradılması və akademiya sahəsində işbirliyinin qurulması səfərin başlıca səbəblərindəndi.
 
Sentyabrın 23-dən 30-dək davam edəcək təlim-məşq prosesi zamanı “Qəbələ” İstanbul nəhənglərinin U-16 komandaları ilə üz-üzə gələcək. Sentyabrın 24-də reallaşacaq ilk matçda təmsilçimiz Fulya Təsislərində “Beşiktaş”la münasibətlərinə aydınlıq gətirəcək.  İkinci matçda – sentyabrın 26-da “Qəbələ” Dərəağzı Təsislərində “Fenerbahçe” ilə qarşılaşacaq. Sentyabrın 27-də “Qəbələ” fərqli ünvanda – Nevzat Demir Təsislərində yenidən “Beşiktaş”la qüvvəsini sınayacaq. Son yoxlama oyununda isə “Qəbələ”nin rəqibi “Galatasaray” olacaq. Matç sentyabrın 28-də Florya Metin Oktay Təsislərində baş tutacaq.
 
Səfər müddətində komandamızın üzvləri Türkiyə Superliqasının 2 matçını – “Galatasaray” - “Akhisar Belediyespor” və “Beşiktaş” - “Sivasspor” qarşılaşmalarını izləyəcəklər. Bundan əlavə, “Qəbələ”nin Türkiyənin U-14 – U-18 yaş qrupları üzrə keçirilən “Coca-Cola”Akademiya Liqalarını izləməsi planlaşdırılır. Sözügedən addımı atmaqda məqsəd futbolçularımızın xaricdə top qovan həmyaşıdlarının ustalıq səviyyəsi və futbol bacarığı ilə əyani tanışlığının təmin edilməsidi.
 
“Qəbələ” İstanbula aşağıdakı futbolçu heyəti ilə yollanacaq:
 
Qapıçı: Turxan Həsənov, Yusif Şirinov;
 
Müdafiəçilər: Sahil Mirzəyev, Bəhlul Mustafazadə, Həsənağa İsmayılov, Ayxan Əsədov, Mirəli Məmmədzadə, Orxan Mehrəlizadə, Çingiz Hüseynov, Heydər Babayev;
 
Yarımmüdafiəçilər: Samir Musayev, Emin Zamanov, Yusif Nəbiyev, Əli Səmədov, Elnur Xəlilov, Tural Məmmərzayev, Fərid Əsədli;
 
Hücumçular: Roman Hüseynov, Viqar Əlibabayev, Ülvi İskəndərov, Coşqun Süleymanov, İsaməddin Rəsullu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.