13 sentyabr 2012 12:46
Qarabağ AZAL-la oyuna tam heyət və 2 məşqlə hazırlaşır
“Qarabağ” AZAL-la oyunun hazırlıqlarının son mərhələsinə qədəm qoyur. Azerisport.az xəbər verir ki, bu gündən etibarən komanda “təyyarəçilər”lə görüşə tam heyətlə hazırlaşa biləcək.
Belə ki, milli oyunçuların dönüşüylə “Qarabağ” bu gün saat 11:00-da start götürəcək çalışmada bütün heyətdən yararlana biləcək. “Qarabağ”ın çalışması “Sərin”in idman komlpeksində baş tutacaq.
“Qarabağ”ın 2-ci məşqi 17:30-a təyin olunub. Çalışma Suraxanı qəsəbə stadionunda olacaq.
