14 sentyabr 2012 12:25
Neftçi ev oyunlarını bu arenada keçirəcək (FOTO)
8-ci km qəsəbəsində inşa olunan yeni stadionunda son tamamlanma işləri aparılır. Azerisport.az xəbə rverir ki, 11 min azarkeş tutumuna malik arena xüsusi olaraq 17 yaşadək qızlar arasında Azərbaycanda keçiriləcək dünya çempionatının oyunlarına ev sahibliyi etmək üçün tikilib.
Mundialın oyunları başa çatandan sonra isə son Azərbaycan çempionu “Neftçi” öz ev oyunlarını bu arenada keçirməyə başlayacaq. Qeyd edək ki, stadionun ot örtüyü təbiidi.
