14 sentyabr 2012 13:26
“Azərbaycan latviyalıların təqdim etdiyi qədər pis yer deyil”
“Bakı”nın hücumçusu Maris Verpakovski müsahibəsində Azərbaycan Premyer Liqasındakı çıxışından danışıb. Azerisport.az həmin müsahibəni təqdim edir.
- Artıq ikinci mövsümdü ki, Azərbaycanda oynayırsız. Futbolçu burda yaşaya və oynaya bilər?
- Cənublular o qədər də dözümlü deyillər. Onlar futbola böyük pullar qoyduqları kimi, həm də qarşılığında dərhal nəticə istəyirlər. Bu isə çox çətindi. Çünki ilk gündən nəticə vermək həm futbolçular, həm də komanda üçün asan məsələ deyil. Bunun üçün zaman tələb olunur. Legioner futbolçuların daha çox qazanması isə məsuliyyəti daha da artırır. Çünki onlar yerli futbolçulardan 2-3 qat üstün olduqlarını nümayiş etdirmək məcburiyyətindədirlər.
- Sizin müxtəlif ölkələrdə oyun təcrübəniz var. Azərbaycanda keçirdiyiniz iki ilin ardından hansı təəssüratlarınız var?
- Əlbəttə, Azərbaycanın karyeramı keçirdiyimi digər yerlərdən daha yaxşı olduğunu desəm, yalan söyləmiş olaram. Mən Ukraynada çıxış etdim, daha sonra İspaniyaya, ordan Xorvatiyaya və Yunanıstana getdim. Amma Azərbaycan da pis deyil. Ən azından latviyalıların təqdim etdiyi qədər. Bakıda kim olubsa, təsdiq edər ki, bu, çox müasir şəhərdi. Şəhərin inkişagına çoxlu pullar yatırılır. Futbolun da inkişafında mühüm addımlar diqqət çəkir. Yeni stadionlar açılmaqdadı. 17 yaşadək qızlar arasında keçiriləcək dünya çempionatı ilə əlaqədar bir neçə arena inşa olunub. Ötən mövsüm əsas problemlərdən biri stadionların qazonu ilə bağlı idi. Bir çox bahalı futbolçular məhz bu problem səbəbindən öz oyununu göstərə bilmədi.

- Aleksandr Starkovun “Bakı”dakı işləri niyə alınmadı?
- Ola bilsin ki, ona lazımi qədər vaxt verilmədi. Çünki elə indiki komandanı da Starkov yaratmışdı. Həmin heyətlə biz Azərbaycan kubokunu qazandıq. Starkovun gedişindən sonra komandanı köməkçisi götürdü ki, oyun sistemimiz elə əvvəlki kimi qalmışdı. Starkova həm də azarkeşlər tərəfindən böyük təzyiq var idi. Ola bilsin ki, onların bir qədər səbrli olması lazım idi.