14 sentyabr 2012 13:43
Neftçinin rəqibindən daha bir transfer
Serbiyanın “Partizan” klubu növbəti transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, Belqrad təmsilçisi müdafiəçi Jarko Tomaşeviçi sıralarına qatıb.
Qeyd edək ki, 22 yaşlı monteneqrolu futbolçu son mövsümü Portuqaliyanın “Uniao” klubunda keçirib.
“Partizan” Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibidi. Komandamız bu rəqibi ilə ilk oyununa bu ayın 20-də çıxacaq.
