14 sentyabr 2012 13:57
Yığmamız FİFA reytinqində geriləyəcək
DÇ-2014-ün seçmə mərhələsindəki ilk iki oyunun nəticəsi Azərbaycan yığmasının FİFA reytinqində geriləməsinə səbəb olacaq. Azerisport.az xəbər verir ki, İsraillə heç-heçə (1:1) və Portuqaliyaya məğlubiyyət (0:3) millimizi 3 pillə geri salacaq.
Hazırda 107-ci olan komandamız gələn ay açıqlanacaq yeni reytinq siyahısında 110-cu pillədə yer almalıdı. Yığmamızın hesabından 15 xal çıxılacaq.
Yığmamızla birgə F qrupunda yer alan daha iki komanda isə millimizdən də aşağıda yer alacaq. Belə ki, Şimali İrlandiya ilə Lüksemburq müvafiq olaraq 115-ci və 141-ci yerə düşəcək.
