14 sentyabr 2012 14:08
“Azərbaycanla oyunun taleyini təkbaşına həll edə biləcək futbolçularımız var”
Kanadanın 17 yaşadək qızlardan ibarət yığmasının baş məşqçisi Brayan Rozenfeld komandasının Azərbaycanda keçiriləcək dünya çempionatı öncəsi vəziyyətindən danışıb. Azerisport.az xəbər verir ki, artıq Bakıda olan kanadalıların çalışdırıcısı bunları dilə gətirib:
“Biz çox zəhmətkeş komandayıq. Öz hədəflərimizə çatmağa köklənmişik. Mən həmçinin ona da inanıram ki, hər oyunun taleyini təkbaşına həll edə biləcək futbolçularımız var”.
“Biz çox zəhmətkeş komandayıq. Öz hədəflərimizə çatmağa köklənmişik. Mən həmçinin ona da inanıram ki, hər oyunun taleyini təkbaşına həll edə biləcək futbolçularımız var”.
Qeyd edək ki, Kanada Azərbaycan yığması ilə bir qrupda mübarizə aparacaq.
