14 sentyabr 2012 14:53
Millimizin oyunçusu Almaniyaya yollandı
Məlum olduğu kimi, futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budaq hazırda zədədən əziyyət çəkir. Türkiyənin “Eskişehirspor” klubunun şərəfini qoruyan futbolçumuz zədəsini sağaltmaqla məşğuldu.
Məhz bu məqsədlə o, komandasından ayrılaraq, Almaniyaya yola düşüb. Millimizin düşərgəsində zədələnən müdafiəçi müalicəsini məhz vaxtilə çıxış etdiyi ölkədə davam etdirəcək. Onun konkret nə vaxt sıraya dönəcəyi hələlik bilinmir.
