14 sentyabr 2012 15:34
Premyer Liqamızın yayım problemi həll olundu
Futbol üzrə Azərbaycan Premyer Liqasının yayım problemi həll olunub. Azerisport.az xəbər verir ki, çempionat oyunları “İdman Azərbaycan” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Bu barədə “İdman Azərbaycan”ın rəsmi saytı xəbər yayıb. Xəbərdə bildirilir ki, bu gündən etibarən azarkeşlər oyunları izləyə biləcəklər. Turun bu gün keçiriləcək “Bakı” – “Turan” qarşılaşması (saat 20.00) və sabah baş tutacaq “Neftçi” – “Xəzər Lənkəran” (saat 17.00) matçını izləmək mümkün olacaq.
