14 sentyabr 2012 16:56
“Neftçi ilə oyunda bizə asan olmayacaq”
Futbol üzrə Serbiya yığmasının sabiq üzvlərindən biri, hazırda bu ölkənin futbol federasiyasında yüksək postda çalışan Savo Miloşeviç “Partizan”ın Avropa Liqasındakı şanslarından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Bilirəm ki, “Partizan”ın Avroliqadakı rəqiblərindən biri “Neftçi”di. Amma Azərbaycanla bağlı mənim o qədər də xoş olmayan xatirələrim qalıb. Çünki ən acı məğlubiyyətlərimizdən birini məhz Bakıda almışıq. Lakin mən “Partizan”a inanıram. Bizə asan olmayacaq. Ancaq hesab edirəm ki, bizim qələbə qazanmaq şansımız daha çox olacaq”.

Qeyd edək ki, “Partizan” İtaliya “İnter”i və Rusiya “Rubin”i ilə birgə Avroliqanın qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibidi.