14 sentyabr 2012 17:18
Mahir Şükürov: Neftçi hər üç cəbhədə döyüşməyə hazırdı
Futbol üzrə Azərbaycan yığmasının və “Neftçi”nin müdafiəçisi Mahir Şükürov azerisport.az saytına müsahibəsində “Xəzər Lənkəran”la Premyer Liqa, Serbiya “Partizan”ı ilə Avropa Liqasının oyunundan danışıb.
- Hazırda “Neftçi”nin futbolçularını “Xəzər Lənkəran”la oyun düşündürür, yoxsa “Partizan”la?
- İndi ancaq Premyer Liqanın oyunu barədə düşünürük. Başa düşürük ki, bu oyunda qazanacağımız müsbət nəticə Avropa Liqası ərəfəsində komandadakı atmosferi daha da yaxşılaşdıra bilər.

- Deməli, “Partizan”la oyun “Xəzər Lənkəran”la matçın hazırlıqlarına mane olmur?
- Serblərlə oyuna hələ xeyli vaxt var. İndi bizim üçün daha vacib olan çempionat oyunudu. Prinsipial rəqibimizi məğlub edək, daha sonra “Partizan”la da oyunu düşünərik.

- Lənkəranlıları məğlub etməyə hazırlaşırsız?
- Bizim kifayət qədər güclü komandamız var. Ona görə də qarşımıza başqa məqsəd qoymağın mənası da yoxdu. Xal itirmək istəmirik.

- “Neftçi” gücünü qorumağa çalışmayacaq ki?
- Avropada hamı 3-4 gündən bir oyuna çıxır. Mən həmişə demişəm ki, adi məşqlərdənsə rəsmi oyunları üstün tuturam. Şəxsən mən sıx qrafikə baxmayaraq, hazıram.

- Hələ İsraillə oyun öncəsi baş məşqçi Berti Foqts bildirmişdi ki, sizin hərarətiniz var...
- İsrail və Portuqaliya ilə oyunlara xəstə vəziyyətdə çıxmışdım. Yenicə özümə gəlirəm. “Xəzər Lənkəran”la oyuna hazır olmalıyam.
- Avroliqa ardıcıl üçüncü mövsümdə də çempionluq uğrunda mübarizə aparmağınıza mane olmayacaq ki?
- Oynamaq lazımdı. Xal itirmək olmaz. Sonra nəyisə geri qaytarmaq çətin olacaq. Biz bu çətinliklərə hazırıq. Nə çempionatı, nə kuboku, nə də Avroliqanı qurban vermək fikrimiz var. “Neftçi” hər üç cəbhədə mübarizə aparmağa hazırdı.

- Bunun üçün uzun ehtiyat oyunçular skamyası lazımdı...
- Bizim kifayət qədər gənc futbolçumuz var. Hansı ki, onlar yaxşı perspektiv vəd edirlər. Qoy özlərini göstərib, komandaya kömək etsinlər. Onlar üçün oynamağa bundan yaxşı şans ola bilməz.

- “Partizan”ın nümayəndələri az qala hər açıqlamalarında ilk oyunlarını “Neftçi”yə qarşı keçirəcəklərindən razılıqlarını dilə gətirirlər. Bəs siz nə düşünürsüz?
- Səfərdə başlamağımız yaxşıdı. Evdə onsuz da yaxşı oynayırıq. Ümid edirəm ki, xallar toplaya biləcəyik. Kipr APOEL-i ilə oyunda olduğu kimi, uğurlu çıxış etmək istəyirik. Çünki bizi orda da çılğın azarkeşlər gözləyir.