14 sentyabr 2012 18:06
Yığmamız Rusiya ilə oyun öncəsi sınaq matçı keçirə bilər
Futbol üzrə Azərbaycan yığması oktyabr ayında sınaq matçı keçirə bilər. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiyaya qarşı keçirəcəyimiz oyun öncəsi yetirmələrini sınaq matçında yoxlamaq fikrindədi.
Qeyd edək ki, komandamız növbəti rəsmi matçını məhz oktyabrın 16-də şimal qonşularımıza qarşı keçirəcək. Oyundan təxminən iki həftə öncə isə millimiz təlim-məşq toplanışına yığışacaq. Elə sınaq matçının da həmin toplanış çərçivəsində - oktyabrın 12-də keçirilməsi nəzərdə tutulub. Amma rəqibin kimliyi hələlik bəlli deyil.
