14 sentyabr 2012 18:15

Premyer Liqa, 5-ci tur: Oqtay Abdullayevin proqnozu

Azərbaycan futbolunun veteranı Oqtay Abdullayev azerisport.az saytına müsahibəsində Premyer Liqamızın 5-ci turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb.
 
Bakı – Turan
“Bakı” mövsümə yaxşı başlamayıb. Onlar son matçlarda da inamlı təsir bağışlamadılar. Amma bu dəfə şanslarını əldən verəcəklərini düşünmürəm. Maliyyə problemləri “Turan”a hələ də öz təsirini göstərir. Oyun planında da bakılılar tovuzlulardan daha güclüdülər. Ona görə də “Bakı”nın qalib gələcəyini düşünürəm.
 
Kəpəz – Qəbələ
“Kəpəz”də baş məşqçi postuna yenicə Mahmud Qurbanov təyin olunub. Əminəm ki, onunla gəncəlilər istədiklərinə nail ola biləcəklər. Amma bu komanda hələ öz oyununu tapa bilməyib. Kollektiv hələ tam formalaşmayıb. Buna görə də hesab edirəm ki, “Qəbələ” səfərdə qələbə qazanacaq.
 
İnter – Sumqayıt
“İnter” təcrübəli komandadı. “Sumqayıt” isə gənclərdən və perspektivli uşaqlardan qurulmuş kollektivdi. Baxmayaraq ki, sumqayıtlılar mövsümə yaxşı başlamışdılar, son görüşlərində böyük hesablı məğlubiyyətlərlə üzləşirlər. “Bankirlər”lə görüşlərdə də uğur qazanacaqları inandırıcı görünmür. “İnter” qalib gələcək.
 
Rəvan – Simurq
Bu oyunun nəticəsini proqnozlaşdırmaq çətindi. Zaqatala təmsilçisi startda yaxşı təsir bağışlamaqdadı. “Rəvan” da pis deyil. Sonda heç-heçə gözləyirəm.

Neftçi – Xəzər Lənkəran
Bu komandaların oyunu həmişə çətin keçir. Hər iki komandanın çılğın azarkeşləri var. Hansı ki, belə oyunlarda sona kimi komandalarını dəstəkləyirlər. “Neftçi” avrokuboklarda yaxşı çıxış edir, qrup mərhələsinə vəsiqə qazanıb. “Xəzər Lənkəran” isə Premyer Liqada növbəti qələbəsini qazanmağa çalışacaq. Amma görüşün “Neftçi”nin minimal hesablı qələbəsi ilə başa çatacağını düşünürəm.

AZAL – Qarabağ
Həm AZAL, həm də “Qarabağ” güclü komandadı. Hər ikisi çıxışdadı. Kimin üç xal qazanacağını demək çətindi. Ona görə də heç-heçəyə üstünlük verirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.