14 sentyabr 2012 17:58
İnterlə Sumqayıtın 3-cü dueli: yenə bankirlər qazanacaq?
Azərbaycan Premyer Liqann 5-ci turunun qarşıdan gələn "İnter" - "Sumqayıt" görüşü hər iki komanda üçün sayca 3-cü olacaq. Azerisport.az xəbər verir ki, bunadək komandalar bir-biri ilə 2 dəfə qarşılaşıb və hər 2 oyun çempionat çərçivəsində keçirilib.
“İnter” rəqibini hər 2 matçda məğlub edə bilib. Vurulan topların fərqi də bu komandanın xeyrinədi - 4:0.
Komandalar ilk dəfə ötən ilin sentyabr ayının 14-də çempionat çərçivəsində üz-üzə gəlib. Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər stadinonda baş tutmuş həmin görüş 0:2 hesabıyla "İnter"in xeyrinə başa çatıb. “Bankirlər”in “Sumqayıt”la qarşıdurmasında ilk qolun müəllifi "İnter"in müdafiəçisi Arif Daşdəmirov olub.
