14 sentyabr 2012 20:37
Neftçidən Xəzər Lənkərana 4 cavabsız qol
Futbol üzrə Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 5-ci turun növbəti görüşləri keçirilib. Azerisport.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma baş tutub.
“Kəpəz”lə “Qəbələ” məhsuldar heç-heçəyə razılaşıblar. “İnter” gözlənilmədən “Sumqayıt”a məğlub olub. “Rəvan” - “Simurq” görüşündə də qonaqlar sevinən tərəf olublar.
Günü daha maraqla gözlənilən görüşündə isə “Neftçi” “Xəzər Lənkəran”ı 4 cavabsız qolla yenib.
Əvəzedicilərin çempionatı
5-ci tur
14 sentyabr
Kəpəz - Qəbələ - 2:2
Qollar: Coşqun Süleymanov, 55, Sahib Abbasov, 90+4 - Rey Məmmədbəyli, 27; 35.
Hakimlər: Tahir Əhmədov, Ruslan Nəsibov, Cavanşir Yusifov, Səbuhi Sultanov
Gəncə. Şəhər stadionu.
İnter – Sumqayıt – 1:3
Qollar: Mirsahib Abbasov, 36 - Aqşin Muxtaroğlu, 27, Aydın Qasımov, 46; 65.
Hakimlər: Samir Hüseynov, Rauf Məmmədov, Amil Qasımov, Rəşad Əhmədov.
Bakı. "Şəfa" stadionu.
Rəvan – Simurq – 1:2
Qollar: Orxan Lalayev, 62 - Arzuman Nəsibov, 34, Elçin Süleymanov, 58.
Hakimlər: Venera Kahriç, Yuliya Qurbanova, Gülyana Güvəndiyeva, Fəridə Lütfəliyeva.
Bakı. Dalğa Arena, köməkçi meydança.
Neftçi - Xəzər Lənkəran – 4:0
Qollar: İlham Allahverdiyev, 36; 54, Cavid Muxtarzadə, 69, Elnur Soltanlı, 90+2.
Hakimlər: Sərxan İsmayılov, Qəzənfər Məmmədov, Rəşad Abbasov, Taleh Məmmədov.
Zirə İdman Kompleksinin stadionu.
1
5
5
0
0
18-3
15
