14 sentyabr 2012 21:58
500 milyon avroluq gəlir həddini keçən ilk klub müəyyənləşdi
İspaniyanın “Real” klubunun 2011/12-ci il mövsümündəki gəlirləri 514 milyon avro olub. Azerisport.az xəbər verir ki, bu məbləğ ötən mövsümlə müqayisədə 7 faiz çoxdu.
Təmiz gəlir isə 24,2 milyon avro təşkil edib ki, bu da ötən maliyyə ilindən 23,3 faiz artıqdı. Madrid təmsilçisi bununla da idman sənayesində 500 milyon avroluq gəlir həddini keçən ilk kluba çevrilib.
Ötən mövsüm “Kral klubu” 480,2 milyon avro gəlir əldə edib. Qazanc isə 31,6 milyon avro olub.
