14 sentyabr 2012 11:09
“Neftçini məğlub etmək yeganə çıxış yolumuzdu”
Serbiyanın “Partizan” klubunun kapitanı Saşa İliç Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının “Maçva” ilə sınaq matçından (1:2) sonra öncə bu oyundakı məğlubiyyəti şərh edib:
“Biz iki liqa aşağıda çıxış edən komandaya uduzduq. Ona görə də komandanın aparıcı oyunçuları bu məğlubiyyətə görə özlərinə heç bir haqq qazandıra bilməz”.
“Biz iki liqa aşağıda çıxış edən komandaya uduzduq. Ona görə də komandanın aparıcı oyunçuları bu məğlubiyyətə görə özlərinə heç bir haqq qazandıra bilməz”.
Kapitan hesab edir ki, yoxlama oyunu olmasına baxmayaraq, onları dəstəkləməyə gəlmiş 10 min azarkeşin qarşısında uduzmaq olmaz. Buna baxmayaraq, o, bu məğlubiyyəti tezliklə unutduracaqlarına söz verib:
“Bizin revanş şansımız var. Bunun üçün qarşıdakı iki oyunumuzdan mütləq qələbə qazanmalıyıq. Həm çempionatda “Hayduk”u, həm də Avropa Liqasında “Neftçi”ni məğlub etməliyik. Bu, bizim yeganə çıxış yolumuzdu”.
İliç “Maçva”ya məğlubiyyətin komanda yoldaşlarına müsbət təsir göstərəcəyinə inamını vurğulayıb: “Bundan sonra artıq bizim üçün adi oyun olmayacaq. Bizim uduzmağa da haqqımız yoxdu. Biz daha yaxşı oynamağı bacardığımızı sübut etməliyik və ötən ilkindən daha yaxşı nəticələrə imza atmalıyıq”.
Qeyd edək ki, “Partizan”la “Neftçi” arasındakı ilk oyun sentyabrın 20-də Belqradda keçiriləcək.
