14 sentyabr 2012 12:04
“Barcelonaya qarşı yenə uğurlu oyun sərgiləməyimizə maneə görmürəm”
Futzal üzrə Azərbaycan çempionu “Araz”ın oyunçusu Maşado Nilson UEFA Kubokunun püşkünün nəticəsini dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz hansı qrupa düşürüksə, həmişə orda favorit komanda olur. Amma hər şeyə rəğmən, biz qrupda birinci yeri tuta bilərik. Ötən mövsüm biz “Barcelona”ya qarşı kifayət qədər uğurlu oyun keçirmişdik. Yenidən bunu təkrarlamaqda heç bir maneə görmürəm. Ciddi hazırlaşmalıyıq. Çünki çox şey öz hazırlığımızdan asılıdı. Bizim “Barcelona”dan az şansımız yoxdu”.