14 sentyabr 2012 00:08
Mahir Şükürov: Oyundan sonra Elnur Allahverdiyev üzr istədi
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Elnur Allahverdiyevlə arasındakı mübahisədən danışıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Həmin vaxt mən bir epizodla bağlı Elnura öz fikrimi bildirdim. Amma o, elə başa düşdü ki, onu simulyasiyada ittiham edirəm. Oyundan sonra o, üzr istədi. Elnurla çox yaxşı münasibətlərim var. Odu ki, orda baş verənlər hamısı meydanda qaldı. Sadəcə, Elnur məni səhv başa düşmüşdü”.