14 sentyabr 2012 00:36
Barcelonanın baş məşqçisi: Arazı tanıyırıq, digərlərini öyrənəcəyik
Futzal üzrə İspaniyanın “Barcelona” klubunun baş məşqçisi Mark Karmona UEFA Kubokunun elit raundunun püşkatmasını dəyərləndirib. Azerisport.az xəbər verir ki, Sloveniya “Litija”sı və Xorvatiyanın MNK klubu ilə birgə Azərbaycan çempionu “Araz”ın qrupunda yer alan Kataloniya təmsilçisinin çalışdırıcısı bunları dilə gətirib:
“Püşkatma heç də pis alınmadı. Xüsusilə də o cəhətdən ki, Sloveniya Gürcüstan qədər uzaq deyil. Rəqiblərimizə gəlincə, “Araz”la oynamışıq. Bu komandanı tanıyırıq. Digərləri barədə isə məlumat toplamağa çalışacağıq”.