15 sentyabr 2012 01:11
Bakı Qara dəniz kubokuna qələbə ilə başladı
“Bakı” çimərlik futbolu klubu Ukraynanın Sevastopol şəhərində keçirilən Qara dəniz kuboku uğrunda beynəlxalq turnirdə iştirak edir. Azerisport.az xəbər verir ki, “Bakı”nın turnirdə ilk rəqibi yerli “Krım” komandası olub.
Oyun komandamızın 7:2 hesablı üstünlüyü ilə başa çatıb.
Sentyabrın 15-də “Bakı” “Sevastopol” kollektivi ilə yarımfinala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.
