15 sentyabr 2012 11:24
“Neftçinin Avroliqadakı uğuru bizi qorxutmur”
“Xəzər Lənkəran”ın xorvatiyalı yarımmüdafiəçisi Roberto Alviz azerisport.az saytına müsahibəsində “Neftçi”yə qarşı keçirəcəkləri oyundan danışıb.
- Üç həftəlik istirahət komandanız üçün necə keçdi?
- Biz hazırlaşırdıq. İndi komanda üç həftə əvvəlki ilə müqayisədə daha yaxşı vəziyyətdədi. Çempionata davam etməyə hazırıq. Bu fasilə də xeyrimizə oldu. Yeni futbolçularımız da var. Onlar bu mövsüm bizə uğur qazanmaqda kömək edə bilərlər.

- Amma ilk üç turdakı çıxışınız birmənalı qarşılanmadı...
- Bu, üç həftə əvvələ təsadüf edirdi. İndi hər şey fərqlidi. İndi biz daha yaxşı oynayacağıq.
- Bunu “Neftçi” ilə oyunda da görə biləcəyik?
- Çalışacağıq ki, bunu prinsipial rəqibimizlə oyunda da göstərək.
- Çalışacağıq ki, bunu prinsipial rəqibimizlə oyunda da göstərək.
- Bəs bu komanda ilə görüş sizin üçün nə deməkdi?
- “Neftçi” mənim üçün Premyer Liqanın digər 11 klubu kimi bir rəqibdi. Amma burda söhbət yalnız məndən getmir. Bu oyun bizim azarkeşlər üçün çox vacibdi. Biz də onlar üçün oynayırıq. Onların istəyini nəzərə almaq lazımdı. Bu üzdən “Neftçi” ilə oyunda motivasiya fərqli olacaq. Əgər digər rəqiblərlə görüşlərdə 100 faiz güc sərf edirdiksə, indi daha artığını etməliyik.
- Bu oyundan nə gözləyirsiz?
- Bizim bir hədəfimiz var – qalib gəlmək. Ümid edirəm ki, üç xal bizim olacaq. Bu qələbə bizi liderlər qrupuna çıxaracaq. Heç-heçə və ya məğlubiyyət planlarımıza daxil deyil.
- Bizim bir hədəfimiz var – qalib gəlmək. Ümid edirəm ki, üç xal bizim olacaq. Bu qələbə bizi liderlər qrupuna çıxaracaq. Heç-heçə və ya məğlubiyyət planlarımıza daxil deyil.
- Amma rəqib də 75 illik tarixinin ən yaxşı günlərini yaşayır...
- “Neftçi”nin Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolu üçün böyük uğurdu. Amma biz Premyer Liqada mübarizə aparırıq və onların uğurları bizi qorxutmur. Öz oyunumuz, onları necə məğlub edəcəyimiz barədə düşünürük.
- Sizin üçün bu, “Neftçi”yə qarşı üçüncü oyun olacaq. Necə hazırlaşmısız?
- Bütün komanda necə, mən də elə. Özümü yaxşı hiss edirəm və “Xəzər Lənkəran”a qələbə qazandırmaq üçün hazıram. Motivasiyamız da yüksək səviyyədədi.
- Bütün komanda necə, mən də elə. Özümü yaxşı hiss edirəm və “Xəzər Lənkəran”a qələbə qazandırmaq üçün hazıram. Motivasiyamız da yüksək səviyyədədi.