15 sentyabr 2012 14:12
Levante Neftçinin rəqibini zəiflətdi
Obafemi Martinsin “Levante”yə keçidi rəsmiləşib. Azerisport.az xəbər verir ki, bir neçə gün əvvəl futbolçunun İspaniya klubuna keçdiyi bildirilsə də, “Rubin”in mətbuat xidməti xəbəri təkzib edərək, nigeriyalının qışa qədər klubda qalacağını açıqlamışdı.
Lakin artıq “Levante” transferlə bağlı rəsmi açıqlama yayıb. Rəsmi saytın yaydığı açıqlamada bildirilir ki, Martins iki illik müqavilə bağlayıb. Nigeriyalı “Rubin”lə müqaviləsini pozduğu üçün ispanlar transfer haqqı ödəməyib.
Qeyd edək ki, 27 yaşlı Martins karyerası ərzində İtaliyanın “Reggina”, “İnter”, İngiltərənin “Nyukasl”, “Birmingem”, Almaniyanın “Volfsburq” klublarında çıxış edib. 2010-cu ildən “Rubin”də forma geyinən futbolçu 20 oyunda 3 qol vurub. O, Nigeriya yığmasında keçirdiyi 37 oyunda 18 dəfə fərqlənib.
Onu da qeyd edək ki, “Rubin” Avropa Liqasının qrup mərhələsində “Neftçi”nin rəqibidi.
