15 sentyabr 2012 14:24
Partizan – Neftçi oyunu canlı yayımda!
Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində keçiriləcək "Partizan" (Serbiya) - "Neftçi" görüşü canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolsevərlər Serbiyanın paytaxtı Belqradda baş tutacaq oyunu Az.TV kanalı vasitəsilə canlı izləyə biləcəklər.
Qeyd edək ki, "Partizan" - "Neftçi" oyunu sentyabrın 20-də Belqraddakı “Partizan” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.
