15 sentyabr 2012 19:17
Yunis Hüseynov: XL oynadı, Neftçi qələbə qazandı
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın 5-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisinin çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Biz futbol oynadıq, “Neftçi” qələbə qazandı. Çünki biz sadəcə qol vəziyyətlərindən yaxşı yararlana bilmədik. Qapıçının səhvinə gəlincə, mən Orxan Sadıqlıya inanıram. O, perspektivli qapıçıdı. Bu günlərdə daha bir qapıçı düşərgəmizə gəlməlidi”.
