15 sentyabr 2012 19:26
Yığmamızın rəqibi Bakıya belə gəldi (VİDEO)
Xəbər verdiyimiz kimi, FIFA U-17 qadınlararası dünya çempionatında iştirak edəcək komandaların Azərbaycana gəlişi başlayıb. Azerisport.az xəbər verir ki, ölkəmizə təşrif buyuran ikinci komanda Kolumbiya yığması olub. Bu komandanın ölkəmizdəki qarşılanma mərasimindən hazırlanmış videoreportajı təqdim edirik. Maraq üçün xatırladaq ki, Kolumbiya da məhz Azərbaycanla eyni qrupda yer alır.
