15 sentyabr 2012 19:36
Böyükağa Hacıyev: Biz bu gün nəticəyə oynadıq
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 5-ci turunun “Xəzər Lənkəran” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisinin çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Biz oyun üslubumuzu bir qədər dəyişmək məcburiyyətində qalmışdıq. Çünki “Xəzər Lənkəran”la oyunu Serbiyanın “Partizan” klubunun məşqçisi də izləyirdi. Mən sehrbaz deyiləm. Ona görə də gələn həftə nə olacağını deyə bilmərəm. Ola bilər ki, “Sumqayıta uduzub, “Partizan”ı məğlub edək. Hər şeyə rəğmən, bu gün biz nəticəyə oynadıq. Nəticə də məni qane edir”.
