15 sentyabr 2012 19:41
Mahmud Qurbanov Kəpəzlə ilk qələbəsini şərh etdi
“Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanın 5-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, gəncəlilərin çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Biz bu oyuna çox ciddi hazırlaşmışdıq. Özümüzü mümkün qədər yaxşı tərəfdən göstərməyə çalışırdıq. Uşaqları hər cəhətdən yaxşı hazırlamışdıq. Hesab edirəm ki, komandam nəyə qadir olduğunu göstərə bildi. Futbolçularım gözəl oynadılar. İlk hissədə qol vura bildik. Bu da bizim üçün böyük ruh yüksəkliyi yaratdı. Bizim üçün çətin oyun olasa da, uşaqlar bacardıqlarını etdilər və qələbə qazandıq. Qələbə münasibətilə “Kəpəz” klubunun rəhbərliyini və azarkeşləri təbrik edirəm. “Qəbələ” Azərbaycanın ən güclü komandalarındadı. Bu komandaya gələcək oyunlarda uğurlar arzulayıram”.
