15 sentyabr 2012 19:48
“Müdafiəni düzgün qura bilmədik”
“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Premyer Liqanın 5-ci turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin türkiyəli çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Kəpəz”i qələbə münasibətilə təbrik edirəm. Rəqib ilk dəqiqələrdən hücuma atıldı. Buna görə də müdafiəni düzgün qura bilmədik. Buraxdığımız səhv nəticəsində qapımızda qol gördük. İlk hissədə qapımızdan qol buraxdıq, ikinci hissədə bunun əvəzini çıxmağa çalışsaq da, bacarmadıq. İstədiyimiz qolu vura bilmədik. Nəticədə məğlub olduq”.
